AZ

İsveç məktəblərində smartfonlar qadağan edildi

İsveç hökuməti məktəblərdə smartfonları qadağan etmək qərarına gəlib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KVİ məlumat yayıb.

Bildirilib ki, İsveçin təhsil naziri Lotta Edholm keçirdiyi mətbuat konfransında ölkə daxilində ibtidai və orta məktəblərdə ağıllı mobil telefonların qadağan edildiyini açıqlayıb.

Elmi araşdırmalarına görə tələbələrin dərslərdə cib telefonu olmadan özlərini daha yaxşı hiss edəcəklərini deyən Edholm, ağıllı mobil telefonların tələbələrin diqqətini yayındırdığı və imtahan nəticələrinə mənfi təsir etdiyi üçün bu qərarı verdiklərini qeyd edib.

Şagirdlərin cib telefonlarının sinifə girmədən toplanaraq seyfdə kilidlənəcəyinə diqqət çəkən Edholm, müəllimlərin cib telefonlarını uyğun gördükləri yerə qoyacaqlarını və dərs zamanı istifadə etməyəcəklərini bildirib.

Edholm məktəblərdə ağıllı mobil telefonlara qadağanın 2026-cı il iyulun 1-dən başlayacağını açıqlayıb.

Seçilən
16
operativmm.az

1Mənbələr