Türkiyədə 58 yaşlı həkim İsmet Besen qadınları hamilə olduğuna inandıraraq milyonçu olub.
Ölkə.Az “gloob”a istinadla xəbər verir ki, Şırnak rayonunda mama-ginekoloq işləyən İ.Besen qadınlara dərman verməklə onların hamiləlik testinin pozitiv çıxmasına səbəb olub.
Daha sonra isə həkim həmin qadınları uşağın ana bətnində öldüyünə inandırıb.
İ.Besen qadınları guya abort edərək özünə sərvət toplayıb.
Bu üsulla ümumilikdə 12 qadını aldadan həkim həm hamiləlik testi, həm də abort üçün külli miqdarda pul alıb.
Aparılan DNT testləri nəticəsində mama-ginekoloqun “abort” edilən qadınlara verdiyi döllərin onlara aid olmadığı üzə çıxıb.
Araşdırmalar nəticəsində həkimin Şırnak, Aydın və İzmirdə insanları aldatdığı üzə çıxıb.
Əməllərinin aşkara çıxmasından sonra İ.Besen və 4 klinika əməkdaşı saxlanılıb.
Məlum olub ki, İ.Besen 2006-cı ildə Türkiyədə “ilin həkimi” seçilib. O, 2007-ci ildə isə 2 həkimlə birgə dərman sahəsində dələduzluq törətdiyinə görə həbs olunub.
Billurə Yunus