AZ

YAP Səbail rayon təşkilatı şəhid ailələri və qazilər üçün iftar süfrəsi açıb - YENİLƏNİB - FOTOLAR

Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı müqəddəs Ramazan ayı münasibətilə şəhid ailələri və qazilər üçün iftar süfrəsi açıb. SİA xəbər verir ki, iftar mərasimində YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, şəhid ailələri və qazilər iştirak ediblər.

Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə çıxış edənlər Ramazan ayının insanlarda mənəvi saflıq və paklıq hisslərini gücləndirdiyini vurğulayıblar. Eyni zamanda, şəhid ailələrinə göstərilən diqqət və qayğının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğu qeyd olunub. Ölkə başçısının şəhid ailələrinə verdiyi dəstək və diqqət haqqında geniş məlumat verilib.

Tədbirdə qarşıdan gələn Novruz bayramı ilə bağlı da fikirlər səsləndirilib. Natiqlər xalqımızın Vətən uğrunda canını fəda etmiş şəhidlərimizə, qazilərimizə və müharibə iştirakçılarına daim yüksək dəyər verdiyini bildiriblər. Onlar müqəddəs Ramazan ayında şəhid ailələri, qazilər, müharibə iştirakçıları, eləcə də dövlət başçısı və onun ailəsi üçün Uca Allahdan xeyir-dualar diləyiblər.

Daha sonra dualar oxunub və Ramazan ayının fəzilətləri barədə söhbətlər aparılıb.

Seçilən
3
2
sia.az

3Mənbələr