Azərbaycan millisinin boksçusu Əli Abdullayev (65 kq) Macarıstanın Debretsen şəhərində keçirilən beynəlxalq turnirdə yarımfinala vəsiqə qazanıb.
Fanat.Az xəbər verir ki, o, 1/4 finalda Qerq Şarazı (Macarıstan) 5:0 (30:25, 30:25, 30:26, 29:28, 29:28) hesabı ilə üstələyib.
Əli yarımfinalda Erik Suçi (Çexiya) ilə üz-üzə gələcək.
Qeyd edək ki, finala gedən yolda Tural Sarıyev (50 kq) Peter Lakatosla (Macarıstan), Məhəmmədəli Qasımzadə (60 kq) Aksel Eqartla (Uels) döyüşəcək.