Voleybol üzrə Azərbaycan Yüksək Liqalarında XVI turun proqramı bəlli olub.
Fanat.Az xəbər verir ki, məlumatı Azərbaycan Voleybol Federasiyasının mətbuat xidməti yayıb.
Qadınların yarışında oyunlar martın 18-də təşkil olunacaq. UNEC - “Murov Az Terminal” və “Abşeron” - “Gəncə” matçları saat 16:00-da start götürəcək. Saat 18:00-da isə "Azərreyl" - “Milli Aviasiya Akademiyası” qarşılaşması başlayacaq. Birinci görüş UNEC-in idman zalında, digərləri isə Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində gerçəkləşəcək.
Kişilərin mübarizəsində isə oyunlar martın 19-da keçiriləcək. “Xilasedici” - “Gənclər” matçı saat 16:00-da Fövqəladə Hallar Nazirliyinin idman zalında başlayacaq.
Eyni saatdakı MOİK - "Murov Az Terminal" və 18:00-da start götürəcək "Azərreyl" - "Neftçi" görüşləri Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində reallaşacaq.