Türkiyə Kubokunun 1/4 final mərhələsində "Fənərbağça" və "Qalatasaray" komandaları arasında keçiriləcək oyunun dəqiq vaxtı açıqlanıb.
Bakıvaxtı.az yerli federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, qarşılaşma aprelin 2-də təşkil olunacaq.
"Fənərbağça"nın stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.