AZ

Ağdamda ilin sonundək 10 minə yaxın əhalinin məskunlaşması nəzərdə tutulur (ÖZƏL)

Ağdam. Trend:

Ağdamda 2025-ci ilin sonundək 10 minə yaxın əhalininməskunlaşması nəzərdə tutulur.

Bunu Trend-əaçıqlamasında Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa, Tikintivə İdarəetmə Xidmətinin mətbuat katibi Leyla Sarabi deyib.

O bildirib ki, Ağdam şəhərində beş yaşayış məhəlləsində tikintiişləri sürətlə davam edir:

"Təsdiq olunmuş baş plana uyğun olaraq Ağdamın mərkəzi küçəsindəsalınır. Bu ərazinin böyük hissəsi yaşılıq zonası olacaq, eləcə dəvelosiped dayanacaqları, istirahət köşələri və digər zəruriinfrastruktur abidələri də yaradılacaq. Binaların tikintisində həmmüasir memarlıq həllərindən, eləcə də milli naxış və ornamentlərdənistifadə olunub".

L.Sarabi onu da qeyd edib ki, ikinci yaşayış məhəlləsinintikintisinin bu ilin sentyabır-oktyabr aylarında tamamlanmasınəzərədə tutulur və bura ailələr köçürüləcək.

Qeyd edək ki, Ağdam şəhərində yerləşən ikinci yaşayışməhəlləsinin ümumi sahəsi 44 hektara yaxındır. 11 kvartaldan ibarətolan bu məhəllədə mənzilərin bir iki üç dörd otaqlı olmasıplanlaşdırılır.

Xatırladaq ki, Ağdam şəhərində beş yaşayış məhəlləsində tikintiişləri sürətlə davam edir. Yeni yaşayış məhəllələrində Baş planüzrə söküntü və şaquli planlaşdırma işləri tamamlanıb. Hazırda isə2-ci yaşayış məhəlləsi üzrə ümumilikdə 60 yaşayış, 6 qeyri yaşayışbinası olmaqla, 1268 ailənin yaşayacağı mənzilin inşası davametdirilir. Onu da qeyd edək ki, binalar 5,6,7 mərtəbəli olmaqla hərbirində yeraltı qaraj inşa olunur, lift quraşdırılır. Yaşayışməhəlləsinin ərazisində qazanxana, uşaqlar üçün əyləncə mərkəzi,idman meydançaları da yaradılacaq.

Ağdamda
Ağdamda
Ağdamda
Ağdamda
Ağdamda
Ağdamda
Ağdamda
Ağdamda
Ağdamda
Ağdamda
Ağdamda
Ağdamda
Ağdamda
Ağdamda
Ağdamda
Ağdamda
Məqalədə:
Seçilən
6
3
az.trend.az

4Mənbələr