"Sülh müqavilələri əvvəlcə münaqişələr, müharibələr, itkilər olan ölkələr arasında imzalanır. Bu səbəbdən dost ölkələrlə sülh müqavilələri imzalanmır, əksinə əlaqələr dərinləşir, inkişaf etdirilir".
Avtosfer.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bu gün Parlamentdə deyib.
Mirzoyan sülh sazişlərinin əhəmiyyətinə və regionda gedən proseslərə toxunub: "Tarix boyu heç bir sülh müqaviləsi bütün məsələləri bir anda həll etməyib. Sülhün bərqərar olması istiqamətində atılan mühüm addımlardan, xüsusən də müvafiq sənədin imzalanmasından sonra münaqişənin institusional mərhələsinin başa çatmaq üzrə olduğunu hesab etmək olar".
Nazir vurğulayıb ki, sazişin müddəaları ratifikasiya edildikdən sonra qüvvəyə minəcək.