AZ

Həndbolçularımızdan Varnada ANTİREKORD

Kişi həndbolçulardan ibarət Azərbaycan millisi İnkişaf etməkdə olan ölkələrin çempionatında antirekorda imza atıb.

İdman.biz xəbər verir ki, yığmamız turnirdə öz tarixinin ən ağır məğlubiyyətini alıb.

Komandamız Bolqarıstanın Varna şəhərində keçirilən turnirin qrup mərhələsinin III turunda ABŞ-a 20 top fərqi ilə uduzub. 25:45 hesabı ilə başa çatan qarşılaşmaya qədər yığmamız heç vaxt belə fərqlə məğlub olmamışdı.

Bunadək ən ağır yenilgi 18 top fərqi ilə qeydə alınıb. Buna iki dəfə təsadüf olunub. Millimiz 2019-cu il iyunun 16-da Hindistana 28:45, 2023-cü il aprelin 27-də Nigeriyaya 17:35 hesabı ilə uduzub. Asiya təmsilçisinə məğlubiyyət həm də ən çox top buraxdığımız matçdır. ABŞ-la görüş bu baxımdan ikinci nəticənin təkrarıdır. 2017-ci il iyunun 18-də 9-cu yer uğrunda görüşdə Moldovadan da (31:45) bu qədər qol buraxıb.

Qeyd edək ki, yığmamız Varnadakı yarışda 5-8-ci yerlər üçün mübarizə aparacaq. Martın 15-də rəqib Paraqvay olacaq. Digər cütdə Moldova ilə Kipr üz-üzə gələcək.

Vüqar Xeyrullayev
İdman.biz

Seçilən
7
idman.biz

1Mənbələr