AZ

Aİ Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının yekunlaşmasını alqışlayır

Avropa İttifaqı Ermənistan və Azərbaycanın Sülh və Dövlətlərarası Münasibətlərin qurulması haqqında Saziş layihəsi üzrə danışıqların yekunlaşması ilə bağlı verdiyi müvafiq bəyanatları alqışlayır.

Bu barədə Avropa İttifaqının rəsmi saytında məlumat dərc edilib.

“Biz hər iki tərəfi son bir neçə ildə bu istiqamətdə həm ikitərəfli yolda, həm də beynəlxalq ictimaiyyətin iştirakı ilə apardıqları əzmkar işlərə görə alqışlayırıq”, - bəyanatda qeyd edilib.

Avropa İttifaqı (Aİ) hər iki tərəfin son illərdə bu istiqamətdə apardığı səyləri yüksək qiymətləndirib. Bəyanatda qeyd olunub ki, bu addımlar regionda davamlı sülh və təhlükəsizliyin təmin olunması üçün mühüm əhəmiyyət daşıyır.

Aİ vurğulayıb ki, prosesin uğurla başa çatması üçün hər iki tərəfin eyni dərəcədə konstruktiv və kompromis yönümlü yanaşma sərgiləməsi vacibdir. Təşkilat Ermənistan və Azərbaycan arasında normallaşma prosesini tam dəstəklədiyini və tərəflərin müraciəti halında əlavə dəstək və ekspertiza göstərməyə hazır olduğunu bəyan edib.

Qeyd edək ki, Azərbaycan və Ermənistan Xarici İşlər Nazirlikləri birgə bəyanat yayaraq, Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşdığını bildirib.

Seçilən
12
6
herbiand.az

8Mənbələr