Azərbaycanla razılaşdırılmış sülh müqaviləsi mətnində birtərəfli tənzimləmə ilə bağlı qeyd yoxdur.
İNFOAZ.WS Globalinfo.az-a istinadla xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Bakı və İrəvan arasında sülh sazişi mətninin bütün maddələrinin razılaşdırılması haqda danışarkən deyib.
O, jurnalistlərə açıqlamasında mühakimə yürüdərkən sazişin düşmən ölkələr arasında imzalandığının nəzərə alınmalı olduğunu bildirib:
“Bu müqavilə iki ölkəni və xalqları sehrli şəkildə dosta çevirməyəcək. Lakin gələcəkdə həssas məsələlərin həlli üçün mexanizm rolunu oynayacaq”.
Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ötən gün Ermənistanın sülh müqaviləsi mətnində razılaşdırılmamış iki maddə ilə bağlı Bakının tələblərini qəbul etdiyini açıqlayıb.