Qadınlar arasında keçirilən boks üzrə dünya çempionatında maraqlı anlar yaşanıb.
Bizim.Media xəbər verir ki, qadınlar arasında boks üzrə dünya çempionatının +81 kiloqram çəki dərəcəsində 1/4 final görüşündə çıxış edən boksçumuz Aynur Rzayeva Türkiyə təmsilçisi Elif Günerə məğlub olub.
37 yaşlı boksçu görüşün referisi tərəfindən qalib elan edildikdən sonra jest edib.
Elif Aynurun formasının üzərindəki Azərbaycan bayrağını öpüb və idmançımızın əlini havaya qaldıraraq ona dəstək olub.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta