AZ

"Qarabağ" və "Neftçi"nin sabiq futbolçusu: "Haiti Azərbaycanla görüşün favoritidir"

"Haitinin Azərbaycanla qarşılaşması mənim üçün xoş oldu. Maraqlı oyun olacaq".

Bu sözləri Sportal.az saytına açıqlamasında Donald Gerye deyib.

"Qarabağ", “Neftçi”, “Zirə” klublarında oynamış Haiti millisinin sabiq üzvü martın 22-də keçiriləcək Azərbaycan - Haiti görüşü haqda fikirlərini söyləyib.

Onun fikrincə, bu görüşdə favorit Haiti yığması olacaq:

"Təbii ki, Azərbaycan da yaxşı komandadır. Ancaq fikrimcə, Haiti Azərbaycanla görüşün favoritidir. Necə alınacağını görəcəyik. Oyunu TV-dən izləyəcəm. Bizim də yaxşı komandamız var. Bu oyuna baxmaq maraqlıdır".

Qeyd edək ki, Donald Gerye hazırda Almaniyada aşağı liqada “Kosmos” klubunun formasını geyinir.

saytlarin hazirlanmasi

Seçilən
7
1
sportal.az

2Mənbələr