AZ

Gürcüstan Bakı ilə İrəvan arasında sülh sazişinin bütün maddələri üzrə danışıqların başa çatmasını alqışlayır

Bakı. Trend:

Gürcüstan Bakı ilə İrəvan arasında sülh sazişinin bütünmaddələri üzrə danışıqların başa çatmasını alqışlayır.

Trend xəbərverir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyinin "X"sosial şəbəkəsindəki hesabında deyilir.

"Gürcüstan Azərbaycan və Ermənistan arasında sülh sazişininbütün 17 maddəsi üzrə danışıqların başa çatmasını alqışlayır. Bu,regionda davamlı sülh və sabitlik yolunda tarixi addımdır!", - deyəpayalşımda bildirilib.

Xatırladaq ki, ötən gün Azərbaycan XİN Azərbaycan və Ermənistanarasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqındaSaziş layihəsinin mətni üzrə danışıqların yekunlaşdığını elanedib.

"Bununla yanaşı, danışıq aparılmış mətnin imzalanması üçün əsasşərtin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşıiddiaların aradan qaldırılması məqsədilə Ermənistanınkonstitusiyasına dəyişiklik edilməsi olduğu barədə Azərbaycanınuzunmüddətli və prinsipial mövqeyini bir daha diqqətəçatdırırıq.Eyni zamanda, ATƏT-in köhnəlmiş və qeyri-funksionalMinsk Qrupunun və aidiyyəti strukturların rəsmi şəkildə ləğvolunmasının zəruriliyini vurğulayırıq.İki ölkə arasında normallaşmaprosesi ilə bağlı bu və digər məsələlər üzrə ikitərəfli dialoqudavam etdirməyə hazırıq", - deyə XİN-dən bildirilib.

Seçilən
4
1
az.trend.az

9Mənbələr