AZ

Qanunsuz fəaliyyət göstərən 16 karxana AŞKARLANDI

İmişli rayonunda qanunsuz fəaliyyət göstərdiyi bildirilən 16 karxana müəyyən edilib.

Modern.az-ın məlumatına görə, İmişlidə fəaliyyət göstərən “Bəhrəmtəpə-1”, “Bəhrəmtəpə-2” və “İmişli” qum-çınqıl yataqlarında istismar işləri aparan qum-çınqıl karxanalarında rayon İcra Hakimiyyəti tərəfindən monitorinq aparılıb.

Nəticədə 16 karxananın Torpaq Məcəlləsi və “Yerin təki haqqında” qanunun tələblərini pozaraq sənədləri olmadan əraziləri özbaşına zəbt etməklə qanunsuz fəaliyyət göstərdiyi müəyyənləşib.

Qanunsuz fəaliyyət göstərən karxanalar barədə tədbirlər görülməsi üçün İmişli Rayon İcra Hakimiyyəti tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, FHN-in Sənayedə işlərin təhlükəsiz görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinə, Dövlət Su Ehtiyatları Agentliyinə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə, İmişli Rayon Polis Şöbəsinə və İmişli Rayon Prokurorluğuna məktublar göndərilib.

Seçilən
9
5
modern.az

6Mənbələr