AZ

Kreml Putinlə Trampın xüsusi nümayəndəsinin görüşünün bəzi təfərrüatlarını açıqlayıb

Rusiya Prezidenti Vladimir Putin dünən axşam saatlarında Amerika Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffu qəbul edib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

O, Putinin Uitkoffu dinlədiyini və onun vasitəsilə Trampa məlumat və əlavə siqnallar ötürdüyünü vurğulayıb.

Peskov onu da bildirib ki, Putinlə Tramp arasında danışıqların vaxtı razılaşdırılmayıb.

Seçilən
0
2
apa.az

5Mənbələr