Bakı, 14 mart, AZƏRTAC
XII Qlobal Bakı Forumunun ikinci günü çərçivəsində “Yaxın Şərq” mövzusunda panel iclası keçirilir.
AZƏRTAC xəbər verir ki, Vaşinqtondakı Yaxın Şərq İnstitutunda Strateji Uzaqgörmə Təşəbbüsünün qeyri-rezident üzvü, İraq Amerika Universitetinin Sosial Elmlər Departamentinin keçmiş sədri Barın Kayaoğlunun moderatorluğu ilə keçirilən panel iclasda “Amersi” Fondunun sədri Mohamed Amersi və ICESCO-nun sabiq Baş direktoru Əbdüləziz əl-Tuveycri çıxış edəcəklər.