AZ

Goranboyda məktəblilər peşməkdən zəhərləndi - Yenilənib

Goranboy rayonunda 9 yaşlı iki məktəbli zəhərlənib.

“Qafqazinfo” xəbər verir ki, rayonun Səfikürd kənd tam orta məktəbinin 3-cü sinif şagirdləri - 2016-ci il təvəllüdlü N. Kərimova və həmyaşıdı S. Əliyev zəhərlənmə diaqnozu ilə Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Onların “pambıq” şirniyyatı kimi tanınan peşməkdən zəhərləndiyi bildirilir.

Hazırda uşaqların vəziyyətləri stabildir.

***

Hadisə ilə bağlı TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, bu gün saat 11:20 radələrində 2016-cı il təvəllüdlü 2 azyaşlı (1-i qadın, 1-i kişi cinsli olmaqla) zəhərlənmə şübhəsi ilə Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub: 

“Onlara dəqiqləşdirilməmiş dispepsiya diaqnozu təyin edilib. 

Pasiyentlərə zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar”.

Yunis Quliyev

Seçilən
38
3
qafqazinfo.az

10Mənbələr