AZ

Ermənistan ciddi şəkildə silahlanır: təxribatlar ola bilər

"Söhbət Ermənistanın Azərbaycanla genişmiqyaslı müharibəyə başlamasından yox, kiçik hərbi əməliyyatların ola biləcəyindən, xüsusən sərhəd zastavalarına hücumların təşkilindən və Azərbaycanın hərbi bölmələrinə yönəlik təxribatçı addımlardan gedir".

Bu barədə siyasi şərhçi Əhməd Şahidov Bakıvaxtı.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, son müşahidələr göstərir ki, Ermənistan ordusu, xüsusən şərti sərhəd bölgəsində xəndəklər qazır, müəyyən ağır texnikaları şərti sərhədlərə yaxın ərazilərə yerləşdirir:

"Yəni müəyyən hazırlıqlar görürlər. Xüsusən, son həftələrdə Ermənistanın müdafiə və xarici işlər nazirlərinin Hindistana rəsmi səfərləri, hərbi əməkdaşlıq, ağır silahların alınması göstərir ki, İrəvanın sülh təşəbbüsləri sadəcə imitsiyasıdır və həqiqətdən uzaqdır. Əslində isə Ermənistan ciddi şəkildə silahlanır”.

Müsahibimiz qeyd edib ki, ötən gün Ermənistanın xarici işlər naziri Arorat Mirzoyan da ölkəsinin Hindistandan ən çox silah alan ölkə olduğunu açıq etiraf edib:

“Qəribə də olsa Ermənistan ağır hərbi texnikalarla, hücum silahları ilə silahlansa da, bunu üçüncü ölkəyə qarşı istifadə etməyəcəyini iddia edir. Bu, absurddur. Şərti sərhədlərdə baş verən təxribatlar, Avropa İttifaqının "mülki missiyası"nın aktivliyi, sərhədin müxtəlif bölgələrində kəşfiyyat xarakterli fəaliyyəti göstərir ki, Ermənistan Azərbaycana qarşı təzyiq xarakterli müəyyən addımlar ata bilər. Atəşkəsin pozulması ilə nəticələnən təxribatlara gedə bilər".

Əhməd Şahidov: Məğlub Ermənistanın qalib Azərbaycana hansısa şərt irəli sürməsi qəbuledilməzdir

Analitik Ermənistan tərəfinin absurd tələblərinə də münasibət bildirib:

"İrəvan hökuməti həm də onu istəyir ki, Azərbaycan və Ermənistan alınan silahlara nəzarətlə bağlı bir-birinə hesabat versinlər. Bu, dünyada misli görülməmiş "təcrübədir". Kapitulyasiya sənədinə imza atmış məğlub Ermənistanın qalib tərəf olan Azərbaycana hansısa şərt irəli sürməsi ümumiyyətlə qəbuledilməzdir. Bakının prinsipial mövqeyi və tələbləri ortadadır. Azərbaycan tərəfi birmənalı tələb edir ki, Ermənistan öz lonstitusiyasında ərazi iddialarını aradan qaldırsın və Minsk qrupunun ləğvi ilə bağlı konkret addım atsın. Amma görünən odur ki, İrəvan hökuməti sözdə bəzi açıqlamalar versə də, bu istiqamətdə əməldə heç bir addım atmır".

Aydın Baxış

Seçilən
4
bakivaxti.az

1Mənbələr