İstehlakçıların malın ölçüsünə, çəkisinə və hesabına dair aldadılmasına görə İnzibati Xətalar Məcəlləsində məsuliyyət tədbiri nəzərdə tutulub.
Ölkə.Az xəbər verir ki, bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İstehlak bazarına nəzarət şöbəsinin müdiri Yusif Tapdıqlı bildirib.
"Belə ki, Məcəllənin 447.0.1-ci maddəsinə əsasən, mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına dair istehlakçıların az miqdarda aldadılmasına görə fiziki şəxslər 350 manatdan 500 manatadək, vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək, hüquqi şəxslər 4000 manatdan 6000 manatadək məbləğdə inzibati qaydada cərimə edilir. Qeyd edək ki, İXM-yə görə bu maddədə az miqdarda aldadılma dedikdə 5000 manatdan yuxarı olmayan məbləğ başa düşülür. Aldadılma məbləği 5000 manatdan çox olarsa, cinayət məsuliyyəti yaranır" - deyə o söyləyib.