AZ

ABŞ-dən İsrail və HƏMAS-a yeni təklif - Atəşkəs 5 girovun dəyişdirilməsi ilə uzadıla bilər

ABŞ Qəzzada atəşkəs razılaşmasının birinci mərhələsinin uzadılması üçün İsrail və HƏMAS-a yeni təklif irəli sürüb.

Belə ki, ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff HƏMAS-a beş girovun sərbəst buraxılması və daha 10 girovun cəsədinin İsrailə təhvil verilməsi müqabilində Qəzza zolağında atəşkəsin uzadılmasını nəzərdə tutan yeni təklif təqdim edib.

Bildirilib ki, Vitkoff bu təklifi Qətərin paytaxtı Dohada vasitəçilərə və İsrail nümayəndə heyətinə çatdıraraq, atəşkəsin Ramazan bayramı və yəhudilərin Pasxa bayramının sonuna qədər uzadılmasını təklif edib. Qeyd olunub ki, ABŞ-nin təklifi uzadılmış atəşkəsin ilk günündə HƏMAS-ın girovları təhvil verməsini nəzərdə tutur.

ABŞ-nin təklifinə görə, İsrail və HƏMAS uzadılmış müddətdən Qəzzada uzunmüddətli atəşkəs üçün danışıqlar aparmaq üçün istifadə edəcək. Əgər uzunmüddətli atəşkəs razılaşması əldə olunarsa, uzadılmış atəşkəsin son günündə qalan bütün girovlar azad ediləcək.

“AzPolitika.info”

Seçilən
20
azpolitika.info

1Mənbələr