1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Mançester Yunayted"in hücumameyilli yarımmüdafiəçisi Bruno Fernandes Avropa Liqasının 1/8 final mərhələsinin "Real Sosyedad"la cavab oyununda penaltidən iki qol vurub.
Oxu.Az "Opta Sport"a istinadən xəbər verir ki, portuqaliyalı futbolçu bu turnirdə artıq 10-cu dəfə penaltini dəqiq yerinə yetirib ki, bununla da turnirin tarixinə düşüb.
Qeyd edək ki, 30 yaşlı yarımmüdafiəçi müxtəlif klubların heyətində Avropa Liqasında ümumilikdə 53 matçda iştirak edib.