AZ

Azərbaycan və Venesuela parlamentlərinin dostluq qruplarının onlayn iclası keçirilib -Foto



Azərbaycan və Venesuela parlamentlərində fəaliyyət göstərən parlamentlərarası əlaqələr üzrə işçi qruplarının onlayn iclası keçirilib.

Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib

İclası açan Venesuela Bolivar Respublikası Milli Assambleyasının Venesuela-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri Amerika Valentina Peres Davila iştirakçılara Assambleya sədri Xorxe Rodriqesin salamlarını çatdırıb. Parlamentlərarası əlaqələrin dərinləşdirilməsinin və beynəlxalq parlament təşkilatları çərçivəsində əməkdaşlığın vacibliyini vurğulayan dostluq qrupunun rəhbəri, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin apreldə Daşkənddə keçiriləcək Dördüncü Konfransına dəvət aldıqlarını və tədbirdə iştirak edəcəklərini bildirib.
Onlayn iclasda çıxış edən Milli Məclisin Venesuela ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri deputat Tamam Cəfərova iştirakçılara Milli Məclisin sədri Sahibə Qafarovanın səmimi salamlarını çatdırıb. İkitərəfli münasibətlərin inkişafından məmnunluğunu ifadə edən işçi qrupunun rəhbəri, may ayında Azərbaycan və Venesuela arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd olunacağını bildirib. O, beynəlxalq platformalarda qarşılıqlı dəstəyin, qurumlararası siyasi məsləhətləşmələrin və iqtisadiyyat, təhsil, turizm sahələrində əməkdaşlığın vacibliyini qeyd edib. Parlament diplomatiyasının rolunu vurğulayan deputat Tamam Cəfərova, dostluq qruplarının qarşılıqlı əməkdaşlığının dərinləşdirilməsinin vacibliyini ifadə edib.

İclasda iki ölkə arasında siyasi, mədəni, iqtisadiyyat, enerji sahələrində əməkdaşlığın genişləndirilməsinin, enerji səmərəliliyi sahəsində məsləhətləşmələrin aparılmasının vacibliyi vurğulanıb. Parlamentlərarası əlaqələrin möhkəmləndirilməsi, hüquqi bazanın gücləndirilməsi, təhsil, xüsusilə universitetlərarası əməkdaşlığın inkişafı müzakirə edilib. Həmçinin, beynəlxalq platformalarda, xüsusilə Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın davam etdirilməsinin əhəmiyyəti qeyd olunub.
Onlayn iclasda Milli Məclisin Venesuela ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri, Milli Məclisin komitə sədrləri - Sadiq Qurbanov və Arzu Nağıyev, deputatlar Aydın Hüseynov, Mehriban Vəliyeva, Naqif Həmzəyev, Ülviyyə Həmzəyeva, Zaur Şükürov, Venesuela parlamentinin Azərbaycanla parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun üzvləri, eləcə də Venesuelanın Azərbaycandakı səfiri Kristofer Alberto Martinez Berroteran iştirak ediblər.



Seçilən
7
3
aia.az

4Mənbələr