Pakistanın şimal-qərbində partlayış baş verib.Missiya.Az xəbər verir ki, bu barədə Pakistan mediası məlumat yayıb.Hadisə məsciddə cümə namazı vaxtı yaşanıb. Cənubi Vəziristan əyalətinin polis rəisi Asif Bahadar bildirib ki, "Camiat Ulema Islam-Fazl" siyasi partiyasının yerli lideri Abdullah Nadeem partlayışın hədəfi olub və o, ciddi xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Xəsarət alanlar arasında iki uşağın da olduğu vurğulanıb.
Zərintac MayisqızıMissiya.Az