AZ

Qusarda "Heydər Əliyev siyasi məktəbini öyrənirik"dərslərinin növbəti məşğələsi keçirilib -Fotolar



Yeni Azərbaycan Partiyası (YAP)Qusar rayon təşkilatının nəzdində fəaliyyət göstərən "Heydər Əliyev siyasi öyrənirik"dərslərinin növbəti məşğələsi "Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz" mövzusuna həsr olunub.Rayon məktəblərinin yuxarı sinif şagirdlərinin cəlb olunduğu məşğələdə giriş sözü ilə çıxış edən YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov Ulu öndər Heydər Əliyevin siyasi irsinin öyrənilməsinin vacibliyinə toxunaraq belə məşğələlərin keçirilməsinin zəruriliyi və əhəmiyyəti barədə məlumat verib.O, məktəblilərə Ümummilli liderin çoxşaxəli fəaliyyətində milli ideologiyanın vacib əhəmiyyətindən danışıb. Məşğələdə şagirdlər qarşısında çıxış edən Qorxmaz Muradov,Neva Abdurahmanova,Nadirşah Şirinov,Babacan Zəkiyev milli-əxlaqi, ailə və dini dəyərlərin,vətənpərvərlik mövzularının xalqın formalaşmasına və dövlətçiliyimizin möhkəmlənməsinə göstərdiyi təsirini xüsusi olaraq vurğulayıblar.Dahi şəxsiyyət Heydər Əliyevin milli-mənəvi dəyərlərə göstərdiyi xüsusi diqqət və qayğının dövlət siyasətimizin təməlində dayanan humanistlik və milli özünüdərkin əsaslarını təşkil etdiyini qeyd ediblər.
Məşğələlərin effektivliyinin artırılması və müdamadi xarakter daşınması üçün tədbirlərin görülməsi qərara alınıb.



Seçilən
8
1
aia.az

2Mənbələr