AZ

Metroda gedişhaqqı artırılır?- RƏSMİ CAVAB

2025-ci il başlayandan Bakı metropolinenində sərnişin daşınmasında ardıcıl rekordlar qeydə alınır. Belə ki, cari ilin yanvarında 17,98 milyon sərnişin daşınıb. Bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 4.6% artım deməkdir.  Bugünə olan məlumatlara görə, aylar üzrə ən çox sərnişin yanvarın 10-da (710 min 773), fevralın 17-də (766 min391) və martın 7-də (854 min 427) daşınıb. Bu statistika da artım dinamikasını sübut edir.

 

Bakı metropolitenində isə sərnişin sıxlığının tənzimlənməsi məqsədilə əlavə tədbirlər və mütəmadi monitorinqlər həyata keçirilir. 

 

Bəs metroya artan təlabat və iş yükünün çoxalması gediş qiymətlərinə təsir edə bilərmi?

 

Məsələ ilə bağlı “Bakı Metropolieti ” QSC-dən Sfera.az-a bildirilib ki, hal-hazırda Bakı metropolitenində gediş haqqının artırılması gündəmdə deyil.

 

Qeyd edək ki, sonuncu dəfə 1 iyul 2024-cü il tarixində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının qərarı ilə ictimai nəqliyyatda sərnişin daşımalarının qiyməti artırılaraq 50 qəpik müəyyən edilib.

 

Firuzə Əliyeva
 

Seçilən
39
6
sfera.az

7Mənbələr