AZ

İmkanlı şəxslər rayonun yeganə klubunu himayəsinə götürdü!

II Liqada mübarizə aparan «Şamaxı» mövsümün ikinci yarısına əla start verib.

Qərb təmsilçisi 2025-ci ilin ilk 3 rəsmi matçında qələbə qazanıb.

Öncə «Haypers»ə Qubada 2:1 hesabıyla qalib gələn şəmkirlilər ardınca «Göygöl» və «Ağdaş»ı 1:0 üstələyib.

Vüqar Nadirovun çalışdırdığı komanda bu uğurlu seriya sayəsində turnir cədvəlində öz mövqeyini xeyli yaxşılaşdırıb.

Xal ehtiyatını 28-ə çatdıran kollektiv hazırda 5-ci pillədə qərarlaşıb. Bir üst sıradakı «Haypers»dən cəmi 3 xal geri qalırlar.

«Şəmkir»in yüksəlişi qətiyyən təsadüfi deyil. Rayonun iş adamları və ayrı-ayrı imkanlı şəxsləri klubun ətrafında birləşib.

Onlar bu ilin əvvəlindən bəri xüsusi fond yaradıb və ora hər ay müəyyən qədər ianə köçürülür. Ay ərzində toplanan ianənin ümumi məbləği 20 min manatdan artıqdır.

Həmin vəsait komandanın əsas xərclərinin qarşılanmasına sərf olunur. Belə ki, Şəmkirə kənardan dəvət olunmuş 20 futbolçu yerli Olimpiya Kompleksinin mehmanxanasında yerləşdirilib.

Onlar gündə 3 dəfə qida ilə təmin edilir. Fonda yığılan məbləğ həmçinin bir neçə oyunçunun maşlarının ödənilməsi üçün nəzərdə tutulub.

SPORTİNFO.AZ

Seçilən
3
sportinfo.az

1Mənbələr