UNİAN-ın hadisə şahidlərinə istinadən yaydığıməlumata görə,bu, tanınmış fəal Demyan Qanul olub.
Ukrayna Milli Polisinin regional qərargahı isə bəyan edib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları hazırda qətlinin təfərrüatlarınımüəyyənləşdirirlər: "Saat 10:30 radələrində “102” qaynar xəttinə şəhərin Primorski rayonunda naməlum şəxsin yoldan keçənlərə atəş açması barədə məlumat daxil olub. Atəş açanı hadisə yerindən qaçıb. Zərərçəkmiş isə dünyasını dəyişib. Hazırda ərazi polis bölməsinin əməliyyat-istintaq qrupu və kriminalistlər tərəfindən cinayətin bütün halları müəyyən edilir. Qatilin tutulması istiqamətində tədbirlər davam etdirilir".
Yerli Telegram kanalları da tanınmış aktivist Demyan Qanulun öldürülməsi barədə məlumat yayıblar. Paylaşımlarda asfaltda uzanmış bir kişinin qanlı fotosu əlavə olunub. Onun bədənində isə Qanulanın bədənindəki döymənin bənzəri aydın görünür.
Tural Tağıyev
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta