Hurriyyet.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenskinin Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak "Le Repubblica" nəşrinə müsahibəsində 30 günlük atəşkəsin müharibənin sonu demək olmadığını, bu səbəbdən hərbi vəziyyətin ləğv edilməsinin və seçkilərin keçirilməsinin qeyri-mümkün olduğunu bildirib.
"Vəziyyətin necə olacağı bəlli deyil. Danışıqlar aparılması və atəşkəs pozuntuların və tərəflərin ayrılmasını qeydə ala biləcək etibarlı müşahidəçilər tələb olunur. Vəziyyət nizamlanana qədər döyüş qabiliyyətimizi saxlamalıyıq.
Podolyakın sözlərinə görə, qeyri-sabit şəraitdə süçki məntəqələrinin və seçki kampaniyasının təhlükəsizliyini təmin etmək mümkün deyil, 30 günlük atəşkəs isə seçkilərin qarşısındakı əngəlləri qaldıra bilməyəcək.
Podolyak əlavə edib ki, atəşkəs sabit olarasa və neytral müşahidəçilər tərəfindən təmin edilərsə, seçkilər keçirmək mümkün olacaqdır.
Hürr Tərcüman