“7 il Rusiyada yaşamışam. Qızımın atası da oradadır”. Bu sözləri SİA-ya açıqlamasında müğənni Ülviyyə Namazova deyib.
Onun sözlərinə görə, sıx-sıx Rusiyaya toylara dəvət alır: “Rusiyadakı toylar gəlir cəhətdən çox yaxşıdır. Amma, az olsun, evimin içi olsun deyə düşünürəm. Həm də Rusiyada sırf dollarla çalışıram”.
Ülviyyə Namazova sözlərinə belə davam edib: “Rusiyada evim var. Uzun müddət burada yaşamışam. Ona görə də bu ölkədə mənim olacağım toylara tələbat çoxdur. Yaz, yay, payız-qış, bir sözlə ilin dörd fəsli Rusiyadan toylara dəvət alıram”.
Ayşən Vəli