AZ

Trampın işğalın mümkünlüyü açıqlamasına Danimarkadan cavab səsləndirilib

Hurriyyet.az xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanı ilhaq etmək barəsində sözlərinə Danimarkadan cavab gəlib.

Danimarka parlamentinin Müdafiə Komitəsinin başçısı Rasmus Yarlov Donald Trampın Qrenlandiyanın qəsb ediləcəyi barəsində sözlərinə kəskin reaksiya verib, belə iddiaların iki NATO dövləti arasında müharibəyə səbəb ola biləcəyini söyləyib.

Yarlov Qrenllandiya  sakinlərinin bu yaxınlarda Danimarkadan ayrılmanın əleyhinə səs verdiklərini və ABŞ-ın bir parçası olmaq istəmədiklərini qeyd edib. O, Trampın həmin sözləri söylədiyi zaman yanında olmuş NATO-nun Baş katibi Mark Rüttenin heç bir reaksiya verməməsindən narazı qaldığını da bildirib.

Hürr Tərcüman 

 

Seçilən
6
hurriyyet.az

1Mənbələr