AZ

Azərbaycan ötən il ərzaq təhlükəsizliyinə 487 mln. manat xərcləyib

2024-cü ildə Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün 487,4 milyon manat vəsait ayrılıb.

Bunu Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən plenar iclasında, hökumətin ötənilki fəaliyyəti ilə bağlı hesabatı təqdim edərkən bildirib.

?İl ərzində əsas vəzifələrdən olan ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi, kənd təsərrüfatı məhsulları istehsalının artırılması (özünütəminetmə səviyyəsinin yüksəldilməsi) və qiymətlərin stabil saxlanılması məqsədilə müvafiq dəstək tədbirləri həyata keçirilib. Aqrar sahədə dövlət büdcəsinin vəsaiti hesabına məhsul istehsalçılarına subsidiyaların verilməsi və digər güzəştlərin tətbiqi davam etdirilib?, ? deyə o qeyd edib.

Seçilən
9
6
banker.az

7Mənbələr