Ağdaş rayonu, Ağzıbir kənd sakini Abdullayev Saday İsmayıl oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, onu DOST Mərkəzindən qanunsuz olaraq işdən çıxarıblar:
“Mən, Abdullayev Saday İsmayıl oğlu, yazaraq Sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.
Bildirim ki, əvvəl “Pirazə Mexaniki Suvarma” idarəsində işləyirdim. İşlədiyim yerdən məni DOST Mərkəzinə yönləndirdilər. Onlar da qeyri-qanuni olaraq işimə son verdilər. Mənim yerimə isə öz yaxın adamlarını işə götürdülər. Bu, özbaşınalıq deyil də, nədir?
Qeyd edim ki, ailəm 5 nəfərdən ibarətdir. Məni ailəmin və uşaqlarımın yanında çarəsiz buraxıblar. Evə bir tikə çörək gətirə bilmirəm.
İşdən azad olmağıma səbəb Alxasov Valeh, Məmmədov Nofəldir. Onlar qohumdur. Çox imkanlı şəxslərdir, bahalı maşınlar sürürlər. Bunların hamısı rüşvətlə yığılmış var-dövlətdir.
Bu məlumatı yazmaqda məqsədim odur ki, varlılar kasıbları əzirlər, istəyirəm bunu hər kəs bilsin".
Jalə FAMİLQIZI
Redaksiyadan: Yazıda adları çəkilən qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq.