AZ

İftar süfrələri təşkil ediləcək

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun təşəbbüsü ilə Gürcüstanda yaşayan azərbaycanlılar üçün Rustavi şəhərində iftar mərasimləri təşkil ediləcək. Bu barədə SİA-ya Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, iftar mərasimlərinin keçirilməsində məqsəd milli-mənəvi dəyərlərimizn təbliği, soydaşlarımız arasında birliyin möhkəmləndirilməsinə, onların Azərbaycanla mənəvi bağlarının gücləndirilməsinə töhfə verməkdir.

İftar mərasimi Rustavidə martın 16-da, Tbilisi şəhərində isə martın 17-də keçiriləcək.

Məlumatda qeyd olunub ki, iftar mərasimlərində iştirak etmək üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti martın 16-da Gürcüstana səfər edəcək.

Səfər çərçivəsində Gürcüstanın aidiyyəti dövlət orqanları və dini təşkilatlarının rəhbərləri ilə əməkdaşlığın gücləndirilməsi istiqamətində müzakirələrin aparılması, dini qurumların təmsilçiləri və azərbaycanlı din xadimləri ilə görüşlərin keçirilməsi də nəzərdə tutulur.

Seçilən
12
2
sia.az

3Mənbələr