AZ

ABŞ-də Tramp və Maska təhqiqat tələbi - "Məsələ araşdırılsın"

Demokrat senatorlar Elizabet Varren, Adam Şiff, Kori Buker və Riçard Blumental ABŞ-nin İctimai Etika Ofisinin (OGE) direktoru vəzifəsini icra edən Duqlas Kollinsə yazdığı məktubda ABŞ Prezidenti Donald Trampın İlon Maskla kameralar qarşısına çıxmasını və Ağ Evin qazonunda “Tesla” avtomobilləri ilə poza verməsini tənqid ediblər.

Senatorlar Maskın Trampla yanaşı hökumətdəki vəzifəsindən istifadə etdiyi “Tesla” şirkətinin məhsullarını tanıtmaq üçün istifadə etdiyini iddia edib və məsələnin araşdırılmasını tələb ediblər.

“Mask prezidentlə rəsmi mətbuat konfransı zamanı Ağ Evdən fon kimi istifadə edərək, “Tesla”nı tövsiyə edib, Tramp administrasiyası isə “Tesla” avtomobillərini dəstəklədiyini ifadə etmək üçün yüksək hökumət rolundan və prezidentliklə əlaqəli səlahiyyətdən istifadə edib”, - deyə məktubda bildirilir.

Qeyd edək ki, martın 12-də Tramp Mask ilə kameralar qarşısına keçib və Ağ Evin bağçasına gətirilən “Tesla” avtomobillərini tərifləyib və fotolar çəkdirib.

AzPolitika.info

Seçilən
11
1
hurriyyet.az

2Mənbələr