AZ

2 yaşlı uşaq bir öpüşdən kor oldu: Qohumlara, dostlara izin verməyin!

Böyük Britaniyada bir ana valideynlərə çağırış edərək “qohumların və dostların körpələrinizi öpməsinə izin verməyin” deyə çağırış edib. Buna səbəbsə  2 yaşlı  övladının opus vasitəsiylə zərrəli virusa yoluxaraq kor olmasıdır. 

“Sherg.az” “NTV.com.tr”yə istinadən bildirir ki, 2 yaşlı Cuvan bir tanışın onu  öpməsi nəticəsində Herpes virusuna yoluxub və onun gözündə çapıq qalıb. Virus onun gözündə blister əmələ gətirib, sonra isə buynuz qişasında 4 mm-lik dəlik əmələ gəlib. Bu açıq yara sonrakı infeksiyalara səbəb olub və həkimlərin səylərinə baxmayaraq, ağır zədə səbəbindən körpə  sol gözünün görmə qabiliyyətini itirib.  Həkimlər orqanın qalan hissəsini qorumaq üçün göz qapaqlarını tikmək məcburiyyətində qalıb, müalicə bundan sonra davam etdirilib. İndi körpənin ailəsi başqalarının da eyni aqibəti yaşamaması üçün çağırış edir.  Körpənin anası Mişel Saaiman hadisəni belə təsvir edib: “İki gündən sonra biz anladıq ki, gözdə həqiqətən nəsə problem var. 


 
Görünürdü ki, göz bəbəyinin içində nəsə böyüyür". Testlər və müayinələrdən sonra məlum oldu ki, Cuvanın gözündə herpes simplex virusunun yaratdığı soyuq yara əmələ gəlib”.  Herpes simplex virusları HSV-lərin ən çox yayılmış növləridir və dodaqlarda və ya cinsiyyət bölgəsində yaralara səbəb olur. HSV çox böyük virusdur və DNT-də cəmi 80 zülalın istehsalı üçün genetik kodu ehtiva edir. Yaratdığı zülallar sayəsində virus öz DNT-ni asanlıqla köçürə bilir və bəzi səth zülallarının köməyi ilə orqanizmin immun sistemindən qaçmağı bacarır. Virus ya daxil olduğu hüceyrəni məhv edir, ya da yaratdığı zülallar vasitəsilə susar. Demək olar ki, hər növ hüceyrəyə hücum edə bilən HSV insan ömrünün sonuna qədər sinir hüceyrələrində yaşaya bilir.  


 
Dodaqlarda soyuq yaralara səbəb olan herpes virusları bu nahiyənin sinir şəbəkəsini təşkil edən trigeminal sinir kökündə yerləşir. Burada sinir hüceyrələrində səssiz qalan virus DNT-si bəzən aktivləşir, xüsusən də immun sisteminin zəiflədiyi və virus istehsalının başladığı hallarda. İmmunitet sistemini zəiflədən əsas şərtlər stress, həddindən artıq yorğunluq, qidalanmamaq və qızdırma xəstəlikləridir. Çoxalmış viruslar sinir boyunca hərəkət edir və dodaqda yaralar yaradır. Soyuq yaraları meydana gətirən kiçik kisələrdə çox miqdarda virus var. Bu mərhələdə xəstəlik çox yoluxucudur və öpüşmə yolu ilə başqa insanlara keçir. Artan virus miqdarına cavab olaraq immunitet sistemi hərəkətə keçir və interferon istehsal edir. Virusların yayılması interferon və öldürücü hüceyrələr tərəfindən idarə olunur. İmmunitet sistemi normal fəaliyyət göstərən insanlarda, herpes məhdud vaxt ərzində öz-özünə keçəcək və heç bir iz buraxmayacaq. 

Ağız və genital bölgədəki soyuq yaralardan başqa, HSV də gözlərdə iltihaba səbəb ola bilər. Herpes keratit adlanan bu xəstəlik korluğa səbəb ola bilər. Herpes viruslarının yaratdığı digər nadir xəstəlik eritema multiformedir. Eritema multiforme, herpes infeksiyasından sonra immunitet sisteminin şişirdilmiş reaksiyası səbəbindən dəridə yaraların meydana gəlməsi ilə meydana gələn bir xəstəlikdir. Xüsusilə qol və ayaqlarda olan yaralar 72 saat ərzində tipik formasını alır və diaqnoz qoyulur. Yaralar adətən 7 gün ərzində yox olur və ildə bir neçə dəfə təkrarlana bilər. Nadir hallarda, HSV ölümcül ola biləcək beyin və beyin qişalarının iltihabına səbəb ola bilər. HSV müalicəsində antiviral dərmanlar istifadə olunur. Antiviral dərmanlar virusun DNT-ni kopyalamasına və beləliklə də çoxalmasına mane olur. Buna görə də virus əleyhinə dərmanların hüceyrədə hərəkətsiz vəziyyətdə olan virusa və ya yetkinləşmiş virusa heç bir təsiri yoxdur.

Seçilən
7
1
sherg.az

2Mənbələr