AZ

Bu şəxslər üçün Azərbaycan vətəndaşlığına qəbul prosedurları SADƏLƏŞDİRİLİR

Ötən il münaqişə baş verən ölkələrdə yaşayan və həmin ölkələrin vətəndaşı olan azərbaycanlıların Azərbaycan vətəndaşlığına qəbul edilməsi üçün müəyyən güzəştlərin tətbiq edilməsi və prosedurların asanlaşdırılması istiqamətində işlərə başlanılıb.

Demokratikmusavat.com  xəbər verir ki, bununla bağlı məlumat Nazirlər Kabinetinin 2024-cü ildəki fəaliyyəti haqqında hesabatında əks olunub.

Bildirilib ki, bu addım azərbaycanlıların müharibələrdə həlak olmasının qarşısının alınması məqsədilə atılıb.

Həmçinin xarici ölkələrdə hərbi münaqişə, dini radikalizm, ekstremizm və insan alveri qurbanı olmuş və ya bu sahədə müəyyən çətinliklərlə üzləşmiş Azərbaycan vətəndaşlarına konsulluq və hüquqi yardımın daha da gücləndirilməsi istiqamətində işlər görülüb.

Bunlarla yanaşı, Azərbaycan vətəndaşlarının repatriasiyası prosesi davam etdirilib.
 

Qeyd edək ki, ötən il deputatlar xaricdə yaşayan azərbaycanlılara hüquqi yardım və dəstəyin daha da gücləndirilməsinə ehtiyac olduğunu bildiriblər. Buna əsas olaraq isə münaqişə baş verən ölkələrdə yaşayan azərbaycanlıların müharibələrdə həlak olması məsələsi göstərilib.


Bu ölkələrin vətəndaşı olan soydaşlarımızın Azərbaycan vətəndaşlığına qəbul edilməsi üçün müəyyən güzəştlərin tətbiq edilməsi və prosedurların asanlaşdırılması Milli Məclis üzvləri tərəfindən təklif edilib.

Kriptovalyuta bazarında vəziyyət kəskin dəyişdi

Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi

Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər

"Bilgəh" sanatoriyasının baş həkimi ambulator arayışı niyə qanunsuz sayır?

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdı

Kənddə yaşayan əhali üçün hansı dövlət proqramları olmalıdır? - ŞƏRH

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu

Vəkillər Kollegiyası Qarabağ qazisinin ittihamı və iddiası qarşısında

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

Seçilən
1
13
Demokratikmusavat.com

10Mənbələr