Bakı.Trend:
Ötən il kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlədəyəri 12995,2 mln. manat təşkil edib ki, bunun da 6162,3 mln.manatı bitkiçilik, 6832,9 mln. manatı isə heyvandarlıqməhsullarının payına düşüb.
Trend xəbər verir ki, bu barədə AzərbaycanRespublikası Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqındahesabatında qeyd edilib.
Məlumata görə, əvvəlki ilin eyni dövrü ilə müqayisədə kəndtəsərrüfatı məhsullarının istehsalı 1,5%, o cümlədən, bitkiçilikməhsulları üzrə 1,1%, heyvandarlıq məhsulları üzrə isə 1,7% artıb.2024-cü ildə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqdayaradılan əlavə dəyərin ölkənin ümumi daxili məhsul istehsalındapayı 5,7% olub.
Hesabat ilində əkin və çoxillik əkmələrin sahəsi əvvəlki illəmüqayisədə 6,5% artaraq 1,52 mln. hektar, o cümlədən, dənli vədənli-paxlalıların əkin sahəsi 7,7% artaraq 1021 min hektar təşkiledib. 2023-cü illə müqayisədə buğdanın əkin sahəsi 0,6% artaraq546,3 min hektar, kartofun əkin sahəsi 5,5% azalaraq 46,7 minhektar, arpanın əkin sahəsi 17,9% artaraq 420,6 min hektar,qarğıdalının əkin sahəsi 2,1% artaraq 29,2 min hektar, dən üçüngünəbaxanın əkin sahəsi 38,4% artaraq 13,7 min hektar, bostanbitkilərinin əkin sahəsi 12,8% artaraq 19,4 min hektar, pambığınəkin sahəsi 9,7% artaraq 102,8 min hektar təşkil edib.
Qeyd olunan dövr ərzində arpa, qarğıdalı, pambıq, günəbaxan,şəkər çuğunduru, tütün, tərəvəz, bostan bitkiləri, meyvə vəgiləmeyvələrin istehsalında artım müşahidə olunub.