AZ

Bu ölkədə dəhşət: Yol kənarında 9 tələbənin parçalanmış cəsədi tapıldı - FOTO

Meksikada şose kənarında 9 tələbənin parçalanmış cəsədləri tapılıb.

Ölkə.Az “Daily mail”ə istinadla xəbər verir ki, keçmiş merliyə namizəd və dəstə üzvü Xose "El Jocha" Lavarieqa tələbələri Oaxaka bölgəsinə dəvət edib. Dəstə başçısı onlara kiçik miqyaslı cinayətlər törətməyə icazə verib.

Onların hansı səbəbdən öldürülməsi hələlik məlum deyil. Doqquz nəfərin qalıqları tərk edilmiş bir avtomobilin yük yerində və Puebla və Oaxaka sərhədi yaxınlığında qanlı brezentin altında tapılıb.

Qəzetə danışan mənbə bildirib ki, cinayət əməli Oaxaka bölgəsindəki soyğunçuluqdan sonra adı çəkilən ərazidəki dəstə üzvləri tərəfindən qisas məqsədilə törədilmiş ola bilər.

“El Financiero” qəzeti xəbər verir ki, yaşları 19-30 arasında olan 4 qadın və 5 kişi güllələnib və işgəncələrə məruz qalıb.

"Periodico Central" isə yazır ki, hadisə yerində 8 cüt insan əli olan çanta da tapılıb.

Dəstə lideri Lavarieqa bazar günü Oaxakada öz avtomobilində güllələnmiş halda tapılıb. Meyitin yanında “Oğru olmağın cəzası budur” yazılmış bir qeyd də olub.

Faktla bağlı araşdırma aparılır.

Billurə Yunus

Seçilən
2
olke.az

1Mənbələr