AZ

Güllə atıcılığı üzrə Bakı birinciliyi başladı

Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı ilə bu gün güllə atıcılığı üzrə Bakı birinciliyi start götürüb.

Fanat.Az-ın məlumatına görə, Bakı Atıcılıq Mərkəzində keçirilən yarışda müxtəlif yaş kateqoriyaları üzrə idmançılar tapança və tüfəng növləri üzrə mübarizə aparırlar.

Turnirin əsas məqsədi atıcıların bacarıqlarını daha da inkişaf etdirmək, onların beynəlxalq yarışlara hazırlıq səviyyəsini yüksəltmək və ölkədə güllə atıcılığına marağı artırmaqdır.

Yarışın sonunda ən yaxşı nəticə göstərən idmançılar Azərbaycan Atıcılıq Federasiyası tərəfindən diplom və medallarla mükafatlandırılacaqlar.

Qeyd edək ki, yarış martın 16-da yekunlaşacaq.

Seçilən
5
1
fanat.az

2Mənbələr