AZ

"Tikinti şirkətləri vətəndaşları ömürlük kirayəçiyə çevirib"-Komitə sədri

"Azərbaycanda fəaliyyət göstərən tikinti şirkətləri ölkə vətəndaşlarını ömürlük kirayəçiyə çevirib". "Olaylar" xəbər verir ki, bunu deputat Zahid Oruc Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib. "Əlbəttə, mənzil fondunun yenilənməsi alqışa layiqdir, lakin tikinti işlərinin uzanması ilə plana düşən evlərin sakinləri ömürlük kirayəçiyə çevrilir", - deyə o qeyd edib.

Deputat deyib ki, yeni tikilmiş binalarda xidmət haqları kifayət qədər yüksəkdir: "Qanuna görə yeni tikilmiş binalar istismara qəbul edilməli, çıxarışlar alınmalı, sonra 6 ay ərzində mənzil mükiyyətçilərinin müştərək cəmiyəti yaradılmalı, onlar rəsmi şəkildə qeydiyatdan keçərək binaların idarəetmə strukturunu, xidmət haqlarının məbləğini müəyyən etməlidir. İndi elə şəhərciklər var ki, orada aylıq tarif 1 kvadratmetr üçün 1 manata yaxındır. Əvəzində Mənzil-Tikinti Kooperativlərinin öhdəliklərinə tələb və meyarlar yoxdur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
14
10
olaylar.az

10Mənbələr