Pakistanın şimal-qərbində, Cənubi Vəziristanda cümə namazı zamanı məsciddə bomba partlayıb.
Gundem.az xarici mediaya istinadla xəbər verir ki, partlayış nəticəsində 4 nəfər yaralanıb, onlardan biri - Camiat Ulema-e-Islam (JUI) partiyasının rayon rəhbəri Abdullah Nadeem - ağır xəsarət alıb.
Yerli polis zabiti Asif Bahaderin sözlərinə görə, partlayış məscidin minbərinə yerləşdirilmiş əldəqayırma partlayıcı qurğunun işə düşməsi nəticəsində baş verib.
Hadisə yerli vaxtla saat 13:45-də (GMT 10:45) qeydə alınıb. Yaralılar xəstəxanaya çatdırılıb, səlahiyyətlilər hadisə ilə bağlı araşdırma aparır.