Nüfuzlu "GiveMeSport" portalı "Real" tarixinin ən yaxşı futbolçularının reytinqini dərc edib.
Publika.az xəbər verir ki, siyahıda birinci yeri "Real" tarixinin bombardiri Kriştiano Ronaldo tutub. İkinci yerdə "Qızıl top"un beşqat qalibi Alfredo di Stefano qərarlaşıb. Reytinqdə "ilk üçlüy"ü əfsanəvi Zinəddin Zidan tamamlayıb.
Dördüncü yerdə müdafiəçi Serxio Ramos, beşinci sırada isə əfsanəvi qapıçı İker Kasilyas qərarlaşıb. Raul Qonzales, Santyaqo Bernabeu, Fransisko Qento, Ferens Puşkas və Luiş Fiqu da ilk onluqda yer alıb.
Heybət