AZ

Əmək sahəsi üzrə 57 milli standart hazırlanaraq təsdiq edilib

Bakı.Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət ƏməkMüfəttişliyi Xidmətinin sədrliyi ilə fəaliyyət göstərən “Əməksahəsində” standartlaşdırma (AZSTAND/TK21) üzrə Texniki Komitəninfəaliyyət planına əsasən əmək sahəsi üzrə 57 milli standarthazırlanaraq Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindəndövlət standartı kimi təsdiq edilib.

Trend xəbər verir ki, bu barədə Dövlət Əmək Müfəttişliyi Xidmətiməlumat yayıb.

Belə ki, Beynəlxalq Əmək Təşkilatının “Əməyin Təhlükəsizliyi vəGigiyenası haqqında” 155 nömrəli Konvensiyasının tələblərinə uyğunhazırlanan standartlardan 10-u fərdi mühafizə vasitələrinə, 28-iəməyin mühafizəsi üzrə təlimatlara, 11-i əməyin mühafizəsi üzrətələblərə, 8-i istehsalat mühitinin amilləri və fərdi mühafizəvasitələri üzə sınaq prosedurlarına dair tələbləri əhatə edir.

Yeni standartların iş yerlərində tətbiqi əmək şəraitinin müasirtələblərə uyğun təşkil olunması, əməyin təhlükəsizliyi qaydalarınıntəkmilləşdirilməsi və beynəlxalq təcrübəyə uyğunlaşdırılmasıistiqamətində mühüm önəm kəsb edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət ƏməkMüfəttişliyi Xidməti ilə yanaşı, Fövqəladə Hallar Nazirliyi, DövlətNeft Şirkəti (SOCAR), Kiçik və Orta Biznesin İnkişafı Agentliyi(KOBİA), Sahibkarlar (İşəgötürənlər) Təşkilatları MilliKonfederasiyası və Həmkarlar İttifaqları Konfederasiyasının təmsilolunduğu Texniki Komitə tərəfindən əmək sahəsi üzrə standartlarınhazırlanması istiqamətində işlər davam edir.

Seçilən
1
4
az.trend.az

9Mənbələr