AZ

Fransa bəhanə axtarır: Bu masada oturmaq istəyir

Fransa Ukrayna ilə bağlı danışıqlar masasına oturmaq istəyir.

Publika.az xəbər verir ki, bunu senator Aleksandr Şenderyuk-Jidkov bəyan edib.

“Fransa nümayəndələri öz subyektivliklərini nümayiş etdirmək və danışıqlar masası arxasında oturmaq üçün hər hansı bəhanə axtarırlar. Son zamanlar ABŞ-la vahid cəbhə kimi çıxış edən avropalı siyasətçilər özlərini siyasi təcrid vəziyyətinə salıblar”, - Şenderyuk-Jidkov qeyd edib.

O deyib ki, danışıqlara avropalı siyasətçilər dəvət olunmur, onların ölkələrinin iqtisadiyyatına qarşı rüsumlar tətbiq edilir və hər dəfə yanaşmaların dəyişdirilməsinə dair siqnallar verilir.

“Fransa parlamenti Rusiyanın aktivlərinin mümkün müsadirəsi ilə bağlı qərar qəbul edərək, Parisin danışıqlarda mövqeyini gücləndirmək istəyir. Amma əslində onlar çox güman ki, danışıqlar masasına dəvət edilməyəcəklər”, - deyə o qınayıb.

Seçilən
3
publika.az

1Mənbələr