AZ

Rusiya canını qurtarmaq üçün MASAYA OTURUR: “Ortada ərazi mübadiləsi söhbəti vardı ki…”

“Avropa çalışır ki, münaqişə bitməsin”.

Bu fikri Rusiyanın Kursk vilayətini işğaldan azad etməkdə qərarlı olması və bundan sonra baş verəcək prosesləri Yenicag.az-a dəyərləndirən politoloq Yusif Bağırzadə deyib.

O, bildirib ki, Rusiya masada güclü olmaq üçün Kursku təmizləyəcək:

“Ukrayna və Rusiya tərəfi başa düşür ki, masa arxasında oturmalı olacaqlar. Moskva anlayır ki, bu son şanslardan biridir. Belə olduğu halda Rusiya sifətini qoruyur, təcavüzkar dövlətdən masa arxasında oturan dövlətə çevrilir və beynəlxalq məhkəmələrdən canını qurtarır. Ortada ərazi mübadiləsi söhbəti vardı ki, Ukrayna Kursku əldə saxlamaqla Rusiya ilə işğal edilən bəzi əraziləri dəyişmək istəyirdilər. Hazırda intensiv sürətdə danışıqlar gedir.

Ona görə də Ukrayna tərəfi dronlarla maksimum Rusiyaya zərər verməyə çalışır. Eyni zamanda, Rusiya həm Kursku azad edir, həm də Ukraynanın ərazilərində işğalı genişləndirir. Tərəflər birmənalı olaraq masa arxasına oturacaqlar. Avropa isə çalışır ki, münaqişə bitməsin”.

Səxavət Məmməd

Seçilən
13
yenicag.az

1Mənbələr