Şəbnəm Tovuzlunun Bakı kəndlərinin birində tikdirdiyi evin görüntüləri nümayiş olunub.
Publika.az olay-a istinadla xəbər verir ki, 6 sotluq villa dənizdən 200 metr aralıda tikilir:
“Çox böyük ev sevmirəm. Bir mərtəbəli ev istəyirəm. Hətta mansardı belə olmasın. Tikinti işlərini bir aydır ki, dayandırmışam. May ayında təmirə yenidən başlayacağam. Təmirin yarımçıq qalmasına səbəb ustaların çox asta işləməsidir. Ürəyimcə olmadı, ona görə də inşaatı saxladım. Evin həcmini torpağın üzərində çox götürdü. Bunu isə sevmədim. Onlar mənə bir az həyətdə bağ saxlamalı idilər”.
Bunu deyən müğənninin duet ortağı Royal Yaşar bildirib ki, Şəbnəmin Bakıda bağla birlikdə 10, Moskvada 2 evi var.