HƏMAS Qəzzada atəşkəs sazişinin ikinci mərhələsi ilə bağlı müzakirələrin yenidən başlanması üçün vasitəçilərdən təklif aldığını açıqlayıb.
Bakıvaxtı.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Məlumata görə, hərəkat ABŞ və İsrail vətəndaşı olan bir israilli hərbçini sağ, daha dörd əsiri isə ölü olaraq təhvil verəcəyini bəyan edib.
HƏMAS-ın yaydığı açıqlamada Misir və Qətərdən müzakirələrin bərpası ilə bağlı təklifin alındığı və bu təklifin müsbət qarşılandığı bildirilib.
Açıqlamada HƏMAS-ın atəşkəs razılaşmasının ikinci mərhələsi ilə bağlı danışıqlara hazır olduğu vurğulanıb və İsrailə razılaşmaya tam əməl etməsi çağırışı edilib.
Nuriyyə Musayeva