AZ

Dialoq ümumi həllərə nail olmaqda mühüm rol oynayır - Jelka Sviyanoviç

Bakı. Trend:

Dialoq ümumi həllərə nail olmaqda həlledici rol oynayır və çətinvəziyyətlərdə fürsətlərin axtarışına kömək olur.

Trend xəbər verirki, bunu Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri JelkaTsviyanoviç XII Qlobal Bakı Forumu çərçivəsində deyib.

O, çağırışların imkanlara çevrilməsi və sülhün bərpası kimivacib mövzuların müzakirəsinin açıq dialoq tələb etdiyinivurğulayıb.

“Deyton razılaşmaları təkcə Bosniya və Herseqovinada müharibəyəson qoymadı, həm də ölkə xalqlarına sülh şəraitində yaşamağa imkanverən siyasi və konstitusion sistem yaratdı. Bu, onun başlıcanailiyyəti oldu”, – deyə Tsviyanoviç vurğulayıb.

Onun sözlərinə görə, son 30 ildə ölkədə etnik zəminlimünaqişələr müşahidə olunmasa da, Deyton sazişinin şərhi və keçidprosesi ilkin olaraq nəzərdə tutulmayan dəyişikliklərə gətiribçıxarıb.

“Hesab edirəm ki, Deyton sazişinə ciddi riayət edilməsi Bosniyavə Herseqovinanı daha sabit və xoşbəxt ölkəyə çevirə bilərdi. Lakinbeynəlxalq müdaxilə əksinə, köhnə yaraların açıq qalmasına şəraityaratdı”, -deyə o əlavə edib.

Qeyd edək ki, XII Qlobal Bakı Forumu 13-15 mart tarixlərindəkeçirilir. Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən“Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətəçevrilməsi” şüarı altında təşkil olunub.

Tədbir çərçivəsində qlobal geosiyasi dəyişikliklər, çoxtərəfliyanaşma, qlobal səhiyyə böhranı, bərpa və dünyanın regionalsabitliyi, COP29 və digər vacib qlobal məsələlər müzakirəolunacaq.

Forum 60-dan çox ölkədən 300-dən artıq dünya liderini bir arayagətirəcək. Onların sırasında həmçinin 25-dən çox sabiq prezident,15-dən çox keçmiş baş nazir, BMT və beynəlxalq agentliklərintəxminən 10 rəhbəri, həmçinin 25-dən çox keçmiş nazir və nazirmüavini yer alacaq.

Seçilən
2
az.trend.az

1Mənbələr