“Qlobal siyasətdə və dünya iqtisadiyyatındakı yeni formatların yaranması və prioritetlərin dəyişməsi demək olar ki, bir cox ölkələrin iqtisadiyyatına öz mənfi təsirini göstərmişdir. Bu mənfi tendensiyalar və ticarət müharibələri fonunda Azərbaycanın iqtisadiyyatındakı müsbət meyllər ölkə Prezidentinin rəhbərliyi altında hökümətin ugurlu iqtisadi siyasət yürütdüyünün parlaq sübutudur.Sevindirici haldır ki, hesabat ilində qeyri-neft sektorunda iqtisadi fəallıq davam edir, ixrac imkanları genişləndirilir, yerli istehsalat stimullaşdırılır, biznes mühiti yaxşılaşdırılır”.
Ölkə.Az xəbər verir ki, bunu deputat Müşfiq Məmmədli parlamentdə hökumətin 2024-cü il hesabatının müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, icbari tibbi sığortanın tətbiqi ilə ölkə səhiyyəsinin maliyyələşmənin artması səhiyyə sahəsinin inkişafının artan dinamikasını təmin etməkdədir.
“Bu istiqamətdə tibbi kadrların hazırlanmasında yeni yanaşmaların həyata kecirilməsi,elektron reseptin tətbiqi, TƏBİB-in tabeliyində olan səhiyyə müəssisələrinin maddi texniki bazasının yaxşılaşdırılması,dövlət proqramlarına ayrılmış vəsaitlərdən səmərəli istifadə və xidmətlər zərfinin genişləndirilməsini xüsusilə qeyd etmək lazımdır.
Qeyd etmək lazımdır ki, publik hüquqi şəxslərin öz yaradılış fəlsəfəsinə uygun olaraq fəaliyyət göstərməsi cox önəmlidir. Regionlarda Publik Hüquqi Şəxslər (PHŞ) şəklində fəaliyyət göstərən tibb mərkəzləri cevik və korporativ idarəemə modellərini tətbiq emədiklərinə, izafi xərclərə yol verdiklərinə görə hələ də dotasiya ilə fəaliyyət göstərirlər. Büdcənin artması hec də tibbi xidmətin keyfiyyətinin artırılmasında rol oynamayan qeyri tibbi ixtisasların ştat sayının artmasına, PHŞ-də rəhbər vəzifəli şəxslərin maaşlarının astronomik artımına gətirib cıxarmamalıdır. Tibb müəssisələrinə gəlir gətirən sahələr üzrə xidmətlər artırılmalı və autsorsinqə verilən xidmətlərin kənar maliyyə auditi aparılmalı və səmərəliliyi dəyərləndirilməlidir. Özəl tibb müəssisələrinə göndərişlərin verilməsində şəfaflıgın artırılması davam etdirilməli və burada süni müdaxilə, sui-istifadə hallarının qarşısı alınmalıdır. Düşünürəm ki, tibb müəssisələrində ştat vahidlərinin formalaşmasında vahid elmi əsaslara söykənən yanaşma cox vacibdir”, - deputat qeyd edib.
Deputat əlavə edib ki, tibb universitetinin klinikalarının, özəl müəssisələrin icbari tibbi sığorta vəsaitlərinə əlcatanlıgının artması, onkoloji xəstəliklərin müayinəsinin mərhələli şəkildə xidmətlər zərfinə daxil edilməsi parlament və hökumət əməkdaşlıgının ugurlu nümunəsidir.
Mürtəza
Ölkə.Az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta